Microsoft 6 min əməkdaşını işdən çıxaracaq – ABŞ-də yerləşən baş ofis də təsirlənəcək
Microsoft korporasiyası dünya üzrə təxminən 6 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Bu, şirkətin ümumi işçi sayının 3 faizindən azını təşkil edir. İxtisarlar müxtəlif ölkələrdə, vəzifələrdə və bölmələrdə, o cümlədən törəmə şirkətlərdə çalışanları əhatə edəcək.
Far.Az xəbər verir ki, şirkət bu addımı idarəetmə səviyyələrinin azaldılması və sürətlə dəyişən bazar şərtlərinə uyğunlaşmaq məqsədilə atdığını bildirib. 2024-cü ilin iyun ayına olan məlumata görə, Microsoft-da təxminən 228 min nəfər çalışırdı.
Təxminən 2 min nəfərlik ixtisar Microsoft-un Vaşinqton ştatının Redmond şəhərində yerləşən baş ofisini əhatə edəcək. Bununla bağlı yerli hakimiyyət orqanlarına rəsmi bildiriş təqdim olunub və işdən çıxarılmaların 13 iyulda başlanacağı gözlənilir.
Microsoft mütəmadi olaraq kadr strukturunu yenidən gözdən keçirir və resursları prioritet istiqamətlərə yönəldir. Ötən il də şirkət 10 min əməkdaşını ixtisar etmişdi, bu ixtisarlar arasında qulaqcıqlar və digər texniki məhsullar üzərində çalışan komandalar da var idi.
Hazırkı ixtisarların səbəblərindən biri də süni intellekt və bulud xidməti Azure üçün nəzərdə tutulan məlumat mərkəzlərinin yaradılmasına çəkilən yüksək xərclərdir. Şirkət bu maliyyə ilində bu sahəyə təxminən 80 milyard dollar xərcləməyi planlaşdırır.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













