Cənubi Koreyadan "Temu"ya 2 milyon manata yaxın CƏRİMƏ
Çinin məşhur onlayn alış-veriş platforması olan "Temu" şəxsi məlumatların qorunmasına dair qanunu pozduğu üçün Cənubi Koreya Şəxsi Məlumatların Qorunması Komissiyası (PIPC) tərəfindən 1,36 milyard von (1,656,259.02 manat) cərimə olunub.
Far.Az iha-ya istinadən xəbər verir ki, PIPC ötən ilin aprel ayında "Temu"nun topladığı və istifadə etdiyi şəxsi məlumatlarla bağlı araşdırmaya başlamışdı. Araşdırma nəticəsində platformanın şəxsi məlumatların qorunmasına dair qanunları pozduğu müəyyən olunub. Komissiyanın açıqlamasına görə, "Temu" müştərilərin şəxsi məlumatlarını Cənubi Koreya, Çin, Sinqapur, Yaponiya və digər ölkələrdəki bir neçə şirkət vasitəsilə emal edib və saxlayıb, lakin bunu rəsmi məlumat siyasətində bildirməyib.
Bundan əlavə, "Temu" şəxsi məlumatları etibar etdiyi partnyorlara informasiya təhlükəsizliyi ilə bağlı nəzarət, idarəetmə və təlim dəstəyi təqdim etməyib. Bildirilib ki, 2023-cü ilin sonuna olan məlumata əsasən, platformanı gündə orta hesabla 2,9 milyon Cənubi Koreyalı istifadə edib, amma şirkət ölkədə rəsmi nümayəndə təyin etməyib və istifadəçi hesablarının silinməsi prosesini çətinləşdirib.
Bununla belə, "Temu" son dövrlərdə şəxsi məlumatların emalına dair siyasətini yenidən gözdən keçirmək, yerli nümayəndələr təyin etmək və üzvlük ləğvi prosedurlarında müəyyən dəyişikliklər etmək kimi könüllü düzəlişlər həyata keçirdiyini açıqlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













