Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
Far.Az xəbər saytı

Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət


Bakıda avtoyuma məntəqəsindəki maşından 6 200 manat oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, 36 yaşlı Müşfiq Səbail rayonunda fəaliyyət göstərən avtoyuma məntəqəsindəki işinin ilk günündə oğurluq edib.

Belə ki, Müşfiq avtoyuma məntəqəsinin yanından keçəndə oranı işlədən Vüsal adlı şəxs işçi axtardığını deyib. Müşfiqə ona kömək etməsini təklif edib.

Müşfiq bu təkliflə razılaşaraq "Hyundai" markalı maşını yumağa başlayıb. O, maşının salonunda olan 6 200 manatı görüb. Pulu iki hissəyə bölərək ciblərinə qoyub. Təcili işi çıxdığını deyərək oradan uzaqlaşıb.

Müşfiqin dediyinə görə, yolda olan zaman pulun bir hissəsini itirib. O, cibində qalan pulu sayanda 2 700 manat olduğunu görüb. Sonra yaşadığı Salyan rayonuna gedib.

Bir neçə gün əmisigildə qaldıqdan sonra Bakı şəhərinə qayıdıb. Suraxanı rayonunda işə düzəlib. Müşfiq pulun 250 manatına telefon alıb, bibisi nəvəsinin oxuduğu universitetin təhsil haqqına 700 manat verib, 300 manat məbləğində özünə geyim alıb. Pulun 500-600 manatını da internet vasitəsi ilə kazinoda uduzub. Qalan hissəsini isə öz tələbatına xərcləyib.

Əməlindən peşman olduğunu deyən Müşfiq zərərçəkmiş şəxslə barışdığını, zərərin ödənildiyini deyib.

Məhkəmənin hökmü ilə Müşfiq 2 il azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər