Mustafa Kamal Atatürkün doğum günüdür
Bu gün Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün doğum günüdür.
O, 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1902-ci ildə İstanbul Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun olub və Hərbi Akademiyada təhsilinə davam edib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, daha sonra general ali rütbəsi alır, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edilir. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi - Türk Milli Hərəkatına liderlik və öndərlik edib. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurub, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini alıb və marşal rütbəsinə yüksəlib.
1920-ci il aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurub və partiyanın ilk sədri olub. 1 noyabr 1922-ci ildə Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 1938-ci ildə ölənə qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddət prezident olmuş şəxsdir.
Atatürk tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilib.Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci ildə İstanbulda Dolmabaxça sarayında sirroz xəstəliyindən vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur" - bu sözləri Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Görkəmli sərkərdə Əliağa Şıxlinskinin anadan olmasından 162 il ötür
Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
-
WUF13-də Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı stend qurulub
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













