Yaponiyada qiymət artımı fonunda "evimdə çox düyü var" deyən kənd təsərrüfatı nazirinə sərt reaksiya
Yaponiyanın kənd təsərrüfatı naziri Eto Taku ölkədə ərzaq qiymətlərinin artdığı bir dövrdə səsləndirdiyi "evimdə satacaq qədər çox düyü var" sözlərinə görə tənqid olunub və açıqlamasına görə peşman olduğunu bildirib.
Far.Az xəbər verir ki, rəsmi Kyodo agentliyinin xəbərinə görə, nazir Eto bu fikirləri dünən iştirak etdiyi ianə yığıncağında deyib. O, dəstəkçilərinin ona bol miqdarda düyü verdiyini və buna görə düyü almadığını bildirib. "Evimdə satacaq qədər çox düyü var" ifadəsi isə ictimai qəzəblə qarşılanıb.
Jurnalistlərə açıqlamasında Eto bu sözlərin "problemlərə yol açdığı üçün" təəssüf etdiyini deyib: "Çox düyüm olduğunu və satacağımı deməklə həddi aşdım." O, açıqlamasını düzəltmək niyyətində olduğunu, amma bu səbəbdən istefa verməyəcəyini və kənd təsərrüfatı naziri kimi işini davam etdirəcəyini qeyd edib.
Yaponiyanın ənənəvi mətbəxində mühüm yer tutan düyü istehsalı son vaxtlar iqlim dəyişiklikləri və təbii fəlakətlər səbəbindən zəifləyib. Bu səbəbdən hökumət artan qiymətlərin qarşısını almaq üçün bu il ilk dəfə olaraq fevral ayında təxminən 210 min ton fövqəladə düyü ehtiyatını bazara çıxarıb.
Lakin hökumətin bu addımına baxmayaraq, ölkədə düyü qiymətləri artmaqda davam edir. Rəsmi məlumatlara görə, mart ayının son həftəsində 5 kiloqramlıq düyünün orta qiyməti ötən illə müqayisədə ikiqat artaraq 29 dollara yüksəlib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakının bu rayonlarında evlərin kvadratmetri 1752-4115 AZN-dir
Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları - Bali adasından REPORTAJ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













