Bakıda faciəvi şəkildə ölən moped sərnişini ilə BAĞLI DETALLAR
Far.Az xəbər saytı

Bakıda faciəvi şəkildə ölən moped sərnişini ilə BAĞLI DETALLAR


Bakıda faciəvi şəkildə ölən moped sərnişini Əşrəf Mirzəyevlə bağlı detallar çəlum olub. 

Far.Az xəbər verir ki, o Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub. 

Bu barədə universitetin rəsmi sosial şəbəkə hesabında bildirilib.

Əşrəf Mirzəyev bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirib. O universiteti bitirib iyul ayında hərbi xidmətə gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı.

Xatırladaq ki, Sadəddin Əjdər oğlu Ağakişiyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı, 77-KZ-106 dövlət qeydiyyat nişanlı avtomobillə Samir Sabir oğlu Məmmədovun idarə etdiyi "Minsk" markalı mopedlə toqquşub.

Nəticədə mopeddə olan sərnişin Əşrəf Nəsrəddin oğlu Mirzəyev almış olduğu müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.

Oxşar xəbərlər

Toyota Prius: Hibrid Avtomobillərin atası
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tələbə adını qazanan şəhid övladları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər