Keçmiş nazirin ölkədən çıxışına "stop" qoyuldu
Far.Az xəbər saytı

Keçmiş nazirin ölkədən çıxışına "stop" qoyuldu


Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdudlaşdırılıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.

Rahim Hüseynovun ölkədən çıxışına "stop" qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.

İş materiallarından aydın olub ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək universitetin rəsmi təmsilçisinə "stop" qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda "Təfəkkür"ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilənədək ölkədən çıxa bilməyəcək.

Qeyd edək ki, Rahim Hüseynov 1992-1993-cü illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, R. Hüseynov universitetin əsas təsisçilərindən biridir.

Təfəkkür Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyadan keçirilməməsi barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər