Avstraliyanın şərqində sel fəlakəti – minlərlə insan təxliyə edilir
Avstraliyanın şərqində yerləşən Yeni Cənubi Uels (NSW) ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində minlərlə insanın evakuasiyası üçün təxliyə əmri verilib.
Far.Az xəbər verir ki, ABC News-un məlumatına görə, ştatın bir çox bölgəsində aramsız yağan yağışlar genişmiqyaslı daşqınlara səbəb olub, bu da əhalinin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib.
Avstraliya Meteorologiya Bürosu sahil bölgələrində təsirli olan yağışlı havanın şimal istiqamətində hərəkət etdiyini və yaxın günlərdə də davam edəcəyini bildirib.
Xüsusilə Hunter Valley və Mid North Coast bölgələrində minlərlə sakinə evlərini tərk etmələri tövsiyə olunub. NSW Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, Hunter bölgəsində gecə saatlarında bir çox ev boşaldılıb, Dungog və Patersonda isə yerli vaxtla saat 23:30-a qədər bəzi küçələr üçün rəsmi təxliyə əmri verilib.
Fövqəladə hallar xidməti bu günə qədər ştat üzrə 2000-dən çox yardım çağırışı aldığını, onlardan 1400-nə cavab verildiyini və 60 nəfərin təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlayıb.
Güclü yağış və daşqınlar səbəbilə 4000-dən artıq evin elektrik enerjisiz qaldığı bildirilir. Rəsmilər bir çox yolun nəqliyyata bağlandığını və infrastrukturun ziyan gördüyünü qeyd edib. Hazırda fasilələrin aradan qaldırılması və bərpa işləri ilə bağlı intensiv tədbirlər görülür.
NSW ştatının Baş naziri Kris Minns isə bölgəyə 1600 fövqəladə yardım işçisinin göndərildiyini və təhlükəsizlik məqsədilə 68 məktəbdə dərslərin dayandırıldığını açıqlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5
Mart ayında hava iqlim normasından yüksək olacaq
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













