Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək
Far.Az xəbər saytı

Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək


ABŞ Prezidenti Donald Trampın administrasiyası yüz minlərlə miqrantın, o cümlədən ölkədə müvəqqəti yaşayan 200 mindən çox ukraynalının deportasiyasını nəzərdə tutan plan hazırlayıb.

Bu barədə "The Washington Post" nəşri daxili sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası aktiv münaqişə zonalarından olan insanların – o cümlədən 700 min ukraynalı və haitilinin – deportasiya və geri qaytarılması üçün xarici yardım proqramlarına ayrılmış 250 milyon dollara qədər vəsaitin istifadəsini planlaşdırır.

Qeyd olunur ki, deportasiya edilə biləcək şəxslər arasında Ukrayna və Haiti vətəndaşları ilə yanaşı, Əfqanıstan, Sudan, Liviya, Yəmən və digər ölkələrdən olan insanlar da var. Həmçinin vurğulanır ki, bu təşəbbüs adətən deportasiya prosedurlarını əlaqələndirən Beynəlxalq Miqrasiya Təşkilatını (BMqT) kənarda qoya bilər.

Bundan əvvəl də bildirilmişdi ki, Trampın rəhbərlik edəcəyi yeni administrasiya ilk il ərzində 1 milyonadək miqrantı ölkədən çıxarmağı planlaşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər