Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
Far.Az xəbər saytı

Rubio: Tramp Putinə heç bir güzəşt etməyib


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinə heç bir güzəştə getməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatın Respublikaçılar administrasiyasının Ukrayna ilə bağlı siyasətini tənqid etməsinə cavab olaraq bildirib.

İclasda iştirak edən senatorlardan biri deyib ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlar başlamazdan əvvəl Rusiyaya təzyiq rıçaqı əldə etməyə imkan verib. Rubio isə bu fikirlə razılaşmayıb.

"Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə tətbiq edilən bütün sanksiyalar qüvvədə qalır. Təzyiq riçaqlarından imtina fikri... bu gün də bizdə əvvəlki administrasiya dövründə olduğu kimi eyni rıçaqlar var... O (Vladimir Putin - red.) heç bir güzəştə nail olmayıb", - ABŞ Dövlət katibi vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər