Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı
Far.Az xəbər saytı

Qadınları fotoları ilə şantaj edən şəxs saxlanıldı


Lənkəran sakini olan qadını şantaj edən şəxs tutulub.

Far.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan qafqazinfo-ya bildirilib ki, rayon sakini olan qadının üzərinə rüsvayedici sözlər yazılmış fotosunun sosial şəbəkədə paylaşılması və silinməsi müqabilində ondan bir neçə dəfə müxtəlif məbləğlərdə pul tələb olunması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri ilə hədə-qorxuda şübhəli bilinən Bakı sakini 25 yaşlı Əli Müslümov saxlanılıb.

Araşdırmalarla Ə. Müslümovun sosial şəbəkədə işlətdiyi səhifələrdə ayrı-ayrı qadınların fotoşəkillərini paylaşıb müxtəlif məbləğlərdə pul tələb edərək alması müəyyən olunub.

Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmaması araşdırılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər