Bakıda yolu keçən yaşlı kişi dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
Far.Az xəbər saytı

Bakıda yolu keçən yaşlı kişi dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO


Paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunda iki gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas olub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, amma bu qəza sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələnib. Yollarda sürücü və piyadalar diqqətli olmalı, qəza şəraiti yaratmamalıdırlar.

"Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Piyada görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir.

Sürücülər isə yol hərəkəti şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidirlər. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər