Alaudinov: "Axmat"ın döyüşçüləri xarici muzdlu döyüşçüləri əsir götürmür
"Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfində vuruşan xarici muzdlu döyüşçülər "Axmat" tərəfindən əsir götürülmür, çünki onlar Rusiyaya qarşı döyüşməyə şüurlu şəkildə qərar veriblər".
BAKU.WS xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarə rəisinin müavini, "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri general-leytenant Apti Alaudinov bildirib.
"Biz heç vaxt bir nəfər də olsun əcnəbini əsir götürməmişik, yəni ümumiyyətlə belə bir tapşırıq olmayıb. Mən hesab etmirəm ki, ölkəmizə qarşı döyüşməyə gələn xarici muzdlu döyüşçülər bizim qardaşlarımızdır. Onlar heç bir halda bizə qardaş deyillər", – deyə Alaudinov əlavə edib.
Bununla belə, o qeyd edib ki, əgər Ukrayna əsgərləri təslim olmağa hazırdırsa, onların həyatını qorumaq barədə əmr qüvvədədir. Alaudinovun sözlərinə görə, ukraynalıların əksəriyyəti cəbhəyə məcburi göndərilir.
"Ukraynalıların çoxunun könüllü olaraq döyüşmək istəmədiyini görürük. Onları küçələrdə tutub ön cəbhəyə göndərirlər. Buna görə də biz onlara fərqli yanaşmalıyıq", – deyə o vurğulayıb.
"Dünyanın digər ölkələrində yaşayan, burada nə baş verdiyini anlamadan, faşistlərin tərəfində rusları öldürməyə gələn əcnəbilərə təslim olmaq təklif olunmamalıdır və onları məhv etmək lazımdır. Xüsusilə də Rusiya ərazisinə daxil olanlar ya ölü olmalıdır, ya da sağ qalıb evlərinə qayıdaraq Rusiyaya qarşı döyüşməyin necə olduğunu danışmalıdırlar", – deyə Alaudinov bildirib.
Bundan əvvəl Alaudinov USQ-nin müdafiə sistemlərinin bütün cəbhə boyunca dağılmaqda olduğunu qeyd edib:
"Düşmən artıq bu xətləri saxlaya bilməyəcəyini anlayır. Onların müdafiə xətləri hər yerdə dağılır, və onlar mülki əhalini çıxarırlar ki, həmin istiqamətlərdə aktiv döyüş apara bilsinlər."
Komandir həmçinin deyib ki, təkcə Sum vilayətində deyil, digər bölgələrdə də əhalinin təxliyəsi aparılır.
O, daha sonra Kursk vilayətində kolumbiyalı muzdlu döyüşçülərin ciddi itkilər verdiyini, bundan sonra onların Rusiyanın onlar üçün "safari" yeri olmadığını anladıqlarını söyləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













