İlham Əliyev: Laçında Azərbaycan, Türkiyə və Pakistan zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır
Far.Az xəbər saytı

İlham Əliyev: Laçında Azərbaycan, Türkiyə və Pakistan zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır


Erməni işğalından azad olunan Laçında Azərbaycan, Türkiyə və Pakistanın Zirvə görüşünün keçirilməsi rəmzi xarakter daşıyır. 

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir: 

"Bir-birimizin uğurlarına sevinirik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

Prezident vurğulayıb ki, iqtisadi potensialdan istifadə etməklə qarşılıqlı fayda əldə etmək üçün geniş imkanlar var:

"Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyarda ABŞ dollarında çox investisiya qoyub, Pakistan iqtisadiyyatına 2 milyarda ABŞ dolları həcmində investisiya qoymağa hazırdır".

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər