Astarada qadın sahibkar sevgilisinin evinə hücum etdi: Arvadı və qızını döydü
Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini döyüb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib. Kənd sakini Tarifə Əliyeva həyat yoldaşı Rəfail Əliyevlə rayon ərazisindəki "Astara Mall" ticarət mərkəzində alış-veriş edərkən orada satıcı işləyən qızlar Rəfaili göstərərək, "Vəfanı saxlayan oğlan gəldi" deyib. Bunu eşidən Rəfailin həyat yoldaşı Tarifə qızlara "bu mənim ərimdir" deyib və Vəfanı söyüb. Həmin vaxt Vəfa mağazada olmayıb və iş yerinə gələrkən Tarifənin onu söydüyünü eşidib.
Axşam saatlarında Vəfa içkili vəziyyətdə özünə məxsus avtomobillə Rəfail Əliyevin evinə gedib. Yolda o, Rəfailə zəng vuraraq, söhbət etmək istədiyini bildirib, Rəfail isə evdə olmadığını deyib. Qadın Rəfailin həyətinə gedərək onun evinə hücum edib, həyat yoldaşını təhqir etməyə başlayıb. Tarifə və qızı onu evindən çıxarmağa cəhd etsələr də, mümkün olmayıb. Vəfa Tarifə və qızına xəsarət yetirib. Rəfailin tanışları və qonşular hadisə yerinə gələrək Vəfanı evdən çıxara biliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Vəfaya qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













