Mikayıl Cabbarov: "ABŞ ilə Azərbaycanın regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "ABŞ ilə Azərbaycanın regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub"


Azərbaycan ABŞ ilə ölkənin Avropa və Mərkəzi Asiya dövlətləri arasında regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub.

Far.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb. Bununla bağlı müzakirələr nazirin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə keçirtdiyi görüşdə baş tutub. 

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.

"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər