Məhkəmə İmişli Ağsaqqallar Şurasının keçmiş sədri barəsində həbs qərarı verib
Far.Az xəbər saytı

Məhkəmə İmişli Ağsaqqallar Şurasının keçmiş sədri barəsində həbs qərarı verib


İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, o, Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Saleh Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Oxşar xəbərlər

İmişlidə "Georgi lenti" ilə çıxış edən Saleh Səmədov həbs edildi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər