Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Sosial şəbəkədə pasiyentdən icazəsiz onun görüntülərini paylaşan psixoloqları cəza gözləyir - FOTO - ARAŞDIRMA
Far.Az xəbər verir ki, mövzu ilə bağlı report-a açıqlama verən psixoloq, psixoterapevt Elmir Əkbər bildirib ki, bu halların yaşanması çox böyük cinayət və biabırçılıqdır:
“Mənə verilişlərdə deyirlər ki, şəxsin adını çəkmədən təcrübəmdə baş vermiş hadisələrdən nümunə göstərim. Mən bunu etmirəm. Çünki həmin adam anlamasa da, başqa biri baxıb narahat ola bilər ki, bəlkə məni deyir, mənim həyatımı müzakirə edir. Seansın istər mütəxəssis, istərsə də pasiyent tərəfindən yazılması, paylaşılması yolverilməzdir. Çünki bəzən psixoterapiya seansında elə məqamlar olur ki, onu başqa ruh halında anlamaq mümkün olmur. Hadisəni yaşayan adam belə, bir neçə ay sonra dediklərini həmin andakı kimi analiz edə bilmir".
Onun fikrincə, deontologiyanı bilmək üçün Qərbdən nümunə götürmək lazımdır:

Psixoloq bu cür hallarda günahın problemi yaşayan şəxsdə, yəni zərərçəkmişdə olduğunu düşünür. Onun sözlərinə görə, zərərçəkən müraciət etdiyi şəxsin yetəri qədər peşəkar olub-olmadığını araşdırmalıdır.
"Elə insanlar psixoloq kimi tənqid olunsa, sabah özünü kosmetoloq kimi təqdim edəcək, sonrakı gün isə dietoloq adlandıracaq. Bu səbəbdən, deontologiyanın ayrıca kursu var. Bunu kurslarda aylarla öyrənirik. Boşluq məhz oradadır ki, insanlar ayıq-sayıq deyil. Psixoloqun ilk ali təhsilinə, daha sonra getdiyi kursların sayı və iş təcrübəsinə baxmalıdırlar” - deyə, o vurğulayıb.
“Ahəng” Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, icazəsiz nəinki pasiyentin görüntülərini paylaşmaq, hətta üzünü gizlədərək səsini də paylaşmaq olmaz:

Psixoloq bu məsələ ilə bağlı uşaqların xüsusilə diqqət mərkəzində saxlanılmasını vurğulayıb:
“Bəzən valideyn çəkilişə icazə verir. Sosial mediada musiqi fonunda, uşaqların üzünün gizlədildiyi paylaşımlar ilə qarşılaşırıq. Bu tip görüntülər mütləq valideyn icazəsi ilə paylaşılmalıdır. Əks halda, uşaqların gələcək reputasiyasına mənfi təsir göstərə bilər. Lakin mən valideynlərə çəkilişə icazə verməməsini məsləhət görürəm. Bəlkə övladı özünü dərk edəndən sonra həmin görüntülərdən utanacaq. Yaxud başqa səbəblərdən görüntülərin varlığı onu narahat edəcək”.
Sosioloq Lalə Mehralı isə qeyd edib ki, psixoloqlar bu mövzu ilə əlaqədar ciddi şəkildə cəzalandırılmalıdır:

Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist və hüquqşünas Allahverdi Məmmədli məsələyə hüquqi cəhətdən aydınlıq gətirib. O bildirib ki, insanların şəxsi toxunulmazlıq hüququnun pozulması yolverilməzdir:

Hüquqşünas əlavə edib ki, psixoloq paylaşım etdiyi təqdirdə pasiyentin səsi dəyişdirilməlidir, görüntüsü bulanıqlaşdırılmalıdır, ümumiyyətlə, şəxsin müəyyənləşdirilməsi məhdudlaşdırılmalıdır. Bu halda psixoloqu heç kim sözü gedən maddələrə əsasən günahlandıra bilməz.
Far.Az
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Varis: Bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir - MÜSAHİBƏ
Sənət dostları Şahmar Ələkbərovu anırlar: "Sanki tez gedəcəyini hiss edirdi..." - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













