ABB-dən biznes sahibləri üçün daha bir sərfəli xidmət
Bizneslərin etibarlı tərəfdaşı olan ABB, onlar üçün daha bir sərfəli imkan yaradıb. Sahibkarlar artıq ABB-nin POS-terminalları üzərindən AniPay sistemi ilə QR ödənişlərini qəbul edə bilərlər.
Belə ki, müştəri alış-verişdən sonra mobil telefonunda ABB mobile bank tətbiqini açaraq QR-la rahat şəkildə ödənişini aparır. ABB bu layihəni “NBA Technologies International” MMC şirkəti ilə birgə reallaşdırıb.
Ödənilən məbləğ dərhal biznes subyektinin hesabına daxil olur. Bu yeniliyin bizneslər üçün əsas üstünlüklərindən biri də komissiya haqlarının son dərəcə sərfəli olmasıdır.
Üstəlik, sentyabr ayının sonunadək xidmətdən istifadə tamamilə komissiyasızdır. Xidmətdən istifadə etmək üçün müraciət edə bilərsiniz: https://tamkart.az/partners/partner-with-us
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az / rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













