Ofeliya Sənani: "Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"
Far.Az xəbər saytı

Ofeliya Sənani: "Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"


Xalq artisti Ofeliya Sənani açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Həftənin qonağı" verilişinə qonaq olan diktor karyerası və şəxsi həyatı ilə bağlı bilinməyənlərdən danışıb. 

Ofeliya Sənani qeyd edib ki, qızı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. 

Mərhum həyat yoldaşı, ssenarist Valid Sənani qızı Lalənin bu xəstəliyinə dözməyərək vəfat edib:

"Valid uşaqlarına çox bağlı idi. Qızım xəstələnən gündən o da yatağa düşdü. Mənə və oğluma dedi ki, məni bağışlayın. Soruşdum ki, sənə nə olub? Dedi ki, məndən əlini üz. Cavab verdim ki, nə danışırsan, mən anayam, mən uzanmalıyam qızımın yanında, sən yox. Ayaqları tutuldu. İkisinə də mən baxırdım. Özlərinin yanında ağlamırdım, özümü ələ alırdım. Gülüb danışırdım ki, ürəklərinə heç nə salmasınlar. Çox çətin günlər idi. Səhərə qədər yatmırdım. Qızımı sağalda bildik. Onu evə gətirəndə Valid gördü ki, arıqlayıb, saçları yox idi, ləçək bağlamışdım başına. Ondan sonra Valid ayağa qalxmadı. 2011-ci ildə vəfat etdi. Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi".

Ətraflı videoda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər