DİN-dən vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti XƏBƏRDARLIQ
DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə deyilir:
"Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Vətəndaşlara bir daha xatırladılır ki:
- Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
- Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.
Vətəndaşlara tövsiyə edirik ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsin və nömrəni bloklayın.
Qeyd edək ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır? - ARAŞDIRMA
DİN əhaliyə XƏBƏRDARLIQ etdi - Bu halda mütləq polisə bildirin
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













