DİN əhaliyə XƏBƏRDARLIQ etdi - Bu halda mütləq polisə bildirin
Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.
Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır.
Vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.
Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:
- Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır.
- "Hesabınız dondurulub, müdaxilə var", "Viza üçün ödənişlər", "Qazandınız", "Sığorta aktivləşdirilir", "Sərfəli kredit" və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.
- Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.
Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar "102" Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.
Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda bank kartları ilə bağlı problemlər artır: təhlükəsizlik necə təmin olunmalıdır? - ARAŞDIRMA
Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox vəsait kiber üsulla oğurlanıb
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













