Elektrik və qazla əlaqədar sabit tarifin tətbiqinin məqsədi AÇIQLANDI
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.
Rövşən İsmayılov bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil: "Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Hər hansı əlavə tarif elementlərinin tətbiqi tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılmasıdır. Məsələn, 2 abonent var və onlardan 1-nin 1, digərinin 2 mənzili var. amma istehlak həcmi eynidir və eyni həcmdə ödəniş edir.
Üç mənzilin infrastruktur xərcləri 2 abonent arasında bölünür. Bunu daha ədalətli etmək üçün sabit tarifə keçməyi zəruri görürük. Sayğacla bağlı xərclər hətta istehlak olmasa belə həmin abonentin istehlak xərclərinə aid edilmiş olacaq. Bu beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













