İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər.
İsrail-İran gərginliyi Həcc ziyarətindən qayıdan zəvvarların uçuş planlarına təsir edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar təyyarə reyslərinin gecikməsi və istiqamətlərinin dəyişməsi ilə bağlı çətinliklə üzləşiblər.
Məlumata görə, "Flynas" aviaşirkətinin Ciddə-Bakı reysi yerli vaxtla səhər saat 05:15-də baş tutmalı olsa da, uçuş ləğv edilib və sərnişinlər təxminən 14 saat gözləməli olublar. Uçuş yalnız axşam saatlarında - yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 20:00) həyata keçirilib.
Uçuş marşrutu da dəyişdirilib. İranın hava məkanının bağlanması səbəbindən təyyarə əvvəlcədən planlaşdırılmış birbaşa marşrutdan fərqli olaraq Misirə yönləndirilib, oradan Aralıq dənizi üzərindən Türkiyəyə, daha sonra isə Gürcüstan üzərindən Bakıya uçacaq. Gecikmiş reysin gecəyarısından sonra Bakıya enməsi planlaşdırılır.
Qeyd edək ki, bu dəyişikliklər İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı regionda yaranmış təhlükəsizlik riski fonunda baş verib. İranın hava məkanını bağlaması bölgədəki digər uçuşlara da təsir göstərib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanlı zəvvarlar həcc günlərinin başlanmasını gözləyirlər - QMİ-dən AÇIQLAMA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zəvvarları daşıyan AZAL-a məxsus təyyarə Bakıya ENİŞ ETDİ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













