Alina Xələfova: "Startaplar üzrə milli çempionatda 22 komanda iki kateqoriyada çıxış edəcək"
Far.Az xəbər saytı

Alina Xələfova: "Startaplar üzrə milli çempionatda 22 komanda iki kateqoriyada çıxış edəcək"


"Bu gün startaplar üzrə milli çempionat keçirilir və "MiniBoss Business School Baku" məktəbinin yekun tədbiridir".

Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova deyib.

O bildirib ki, 22 komanda iki kateqoriya üzrə çıxış edəcək:

"13 komanda SIFE ("Startups in Innovative Free Entrepreneurship") və doqquz komanda SAGE ("Startups for the Advancement of a Global Environment") kateqoriyalar üzrə öz layihələrini təqdim edəcəklər. SIFE kateqoriyası biznes istiqamətində yaradılmış layihələr sayılır. SAGE kateqoriyası isə daha çox qlobal ətraf mühitin hər hansı bir probleminin həllinə yönəlib. Hər iki kateqoriyada üç komanda qalib hesab olunacaq və münsiflər heyəti onları dörd meyar üzrə dəyərləndirəcək: İnnovativlik, mənfəətlilik, sosial mediada işıqlandırma və münsiflər heyətinin suallarını cavablandırma. Ən yüksək bal toplayan üç komanda hər iki kateqoriyada qalıb hesab olunacaq".

"Biz bu ilin fevral ayında ""Bakı KOB evi"ndə sinif açdıq və bu, pilot şəklində yaradılmış layihə oldu. Xüsusi müsahibədən keçən uşaqlar orada layihəyə başladılar. Onlar da bu gün burada təmsil olunurlar. Amma sentyabr ayından başlayaraq bütün il boyu "Bakı KOB evi"ndə biznes istiqamətində də uşaqlara və yeniyetmələrə dərslər təşkil olunacaq. Məktəbimizdə maliyyə savadlılığı, liderlik, ictimaiyyət qarşısında natiqlik kimi dərslər verilir", - deyə direktor əlavə edib.

Oxşar xəbərlər

Gələcəyin sahibkarlarına dəstək: "Miniboss Biznes Məktəbi"nin 5-ci Startap Forumu baş tutdu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda "MiniBoss Business School Baku"nun 5-ci Startap Forumu keçirilir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər