Dünya çempionatı: Cüdoçumuz YARIMFİNALDA
Far.Az xəbər saytı

Dünya çempionatı: Cüdoçumuz YARIMFİNALDA


Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Far.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib cənubi koreyalı ikiqat olimpiya və dünya mükafatçısı Junhvan Li olub.

Rəqibinə qalib gələn Tçkayev yarımfinala yüksəlib.

***18:01

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.

Far.Az xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 45 yaşı tamam olur
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Zelim Kotsoyev Avropa çempionatında FİNALA ÇIXDI
Paris-2024: Azərbaycan parataekvondoçusu qızıl medal qazanıb – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər