Bakı metrosunda YENİLİK - 700 minlik yeni avadanlıqlar alınacaq
"Bakı Metropoliteni" QSC nəqliyyat infrastrukturunda texnoloji modernləşməni davam etdirir.
Far.Az xəbər verir ki, Müasir tələblərə cavab verən işarəvermə və rabitə sistemlərinin istismarında istifadə olunan avadanlıqların yenilənməsi məqsədilə ehtiyat hissələrinin və aksesuarların təmin olunması istiqamətində yeni mərhələyə start verilib.
Bu çərçivədə metropoliten sistemində istifadə ediləcək əsas avadanlıqlar sırasında səsyayım sistemləri, LED rəqəmsal saatlar, dispetçer sərəncamedici telefon stansiyaları, qida mənbələri, abonent blokları və müxtəlif texniki cihazlar yer alır. Ümumilikdə modernləşmə planına uyğun olaraq 713 min manatdan artıq vəsaitin xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, yenilənəcək bu sistemlər sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin olunmasında, o cümlədən işçi heyətin operativ rabitəsinin qurulmasında mühüm rol oynayacaq. Texniki baza gücləndirildikcə Bakı metropolitenində nəqliyyat axını daha effektiv şəkildə idarə edilə biləcək.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
-
Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib













