Yaxın Şərqdəki münaqişədən ən çox ABŞ və Rusiya qazandı
Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar fonunda ən böyük iqtisadi qazancı ABŞ və Rusiya əldə edib.
BAKU.WS-in məlumatına görə, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr bildirir ki, Hörmüz boğazı üzərindən həyata keçirilən enerji daşımalarından asılı olan Qətər, Küveyt və İraq yaranmış vəziyyətdən ən çox zərər görən ölkələr sırasında yer alıb.
Məlumata əsasən, marşrutun bağlanması dünya bazarında neft və yanacaq qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.
Bildirilir ki, ABŞ bu şəraitdə neft, dizel və digər enerji daşıyıcılarının ixracını artırmağa nail olub. "The New York Times"ın hesablamalarına görə, Amerikanın dəniz yolu ilə enerji ixracı illik 145 milyon barel artıb. Bu isə Vaşinqtona əlavə olaraq təxminən 50 milyard dollar gəlir qazandırıb.
Qəzetin yazdığına görə, Rusiya da qiymət artımından ciddi mənfəət əldə edən ölkələrdən biri olub. Rusiyanın dəniz yolu ilə neft ixracı gündəlik təxminən 592 min barel azalsa da, dünya bazarındakı bahalaşma Moskvaya əlavə 15 milyard dollar gəlir gətirib.
Məqalədə qeyd olunur ki, aprelin əvvəlində Fin körfəzi vasitəsilə ixrac edilən Rusiya neftinin bir barelinin qiyməti münaqişədən əvvəlki 41 dollardan 120 dollara qədər yüksəlib.
Fars körfəzi ölkələri arasında isə vəziyyət fərqli olub. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərləri vasitəsilə ixracdakı azalmanı qismən kompensasiya edə biliblər.
Səudiyyə Ərəbistanının ixracı 150 milyon bareldən çox azalsa da, ölkənin gəlirləri 9,2 milyard dollar artıb.
Nəşr vurğulayır ki, alternativ ixrac marşrutlarına malik olmayan və Hörmüz boğazından asılı vəziyyətdə qalan İraq, Küveyt və Qətər daha ciddi itkilərlə üzləşiblər. Hesablamalara görə, təkcə İraqın iqtisadi itkisi 15 milyard dollara yaxın olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













