Albaniya rəsmisi: Bakı İlham Əliyevin liderliyi ilə dialoq və ideyalar üçün qlobal platformaya çevrilib
Far.Az xəbər saytı

Albaniya rəsmisi: Bakı İlham Əliyevin liderliyi ilə dialoq və ideyalar üçün qlobal platformaya çevrilib


Bakı Prezident İlham Əliyevin liderliyi altında dünyanın ən mühüm əlaqəlilik, dialoq və uzaqgörən ambisiya mərkəzlərindən birinə çevrilmiş şəhərdir.

"Report" xəbər verir ki, bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda olmaq böyük şərəfdir:

"Bakı təkcə enerji əlaqəliliyi mərkəzi deyil, o, həmçinin dialoq və ideyalar üçün qlobal platformaya çevrilib. Bakı prosesi və Bakı Beynəlxalq Dialoq Forumu sayəsində, COP29, sülh və bərpa naminə iqlim tədbirlərinə Bakı çağırışı, Bakı adaptasiya yol xəritəsi, iqlim davamlılığı üçün insan inkişafına dair Bakı təşəbbüsü sayəsində bu şəhər dövrümüzün ən aktual müzakirələrinin - sülh, iqlim, insan inkişafı və davamlılığın - mərkəzində yer alıb".

Oxşar xəbərlər

Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər