İrandan vətəndaşlarına "WhatsApp" xəbərdarlığı: Tətbiqi silin
Far.Az xəbər saytı

İrandan vətəndaşlarına "WhatsApp" xəbərdarlığı: Tətbiqi silin


İran dövlət televiziyası vətəndaşlarına "WhatsApp" tətbiqini telefonlarından silməyi tövsiyə edib. Bildirilir ki, tətbiq istifadəçi məlumatlarını toplayaraq İsrailə ötürür. Bu iddia ilə bağlı hər hansı sübut təqdim olunmayıb.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı "WhatsApp"ın sahibi olan Meta şirkəti açıqlama yayıb. Şirkət bu iddiaları əsassız adlandırıb. Bildirilib ki, bu cür yalan məlumatlar tətbiqin ölkədə qadağan edilməsi üçün bəhanə kimi istifadə oluna bilər.

"WhatsApp" həmçinin mesajların şifrələndiyini və şirkətin bu mesajlara çıxışının olmadığını vurğulayıb. Açıqlamada "İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa baxmırıq və hökumətlərlə kütləvi məlumat paylaşmırıq" deyilib.

Kornel Universitetindən kibertəhlükəsizlik mütəxəssisi Qreqori Falko bildirib ki, mesaj məzmunları gizli qalsa da, "WhatsApp" vasitəsilə ötürülən bəzi "metaməlumatlar" şifrələnmir. Onun sözlərinə görə, bu məlumatlar istifadəçi davranışlarını qismən göstərir.

Falko əlavə edib ki, "WhatsApp" məlumatlarının İran xaricində saxlanması da risk yaradır. O deyib ki, data təhlükəsizliyi baxımından hər bir ölkə öz məlumatlarını sərhədləri daxilində saxlamağa çalışmalıdır.

Qeyd edək ki, İranda daha əvvəl də bir çox sosial media platformalarını qadağan edilib. Lakin vətəndaşlar VPN və digər vasitələrlə bu qadağaları aşmağa davam edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Giriş məlumatlarınız oğurlana bilər - DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər