Tramp Putinin təklifinə rədd cavabı verdi
Far.Az xəbər saytı

Tramp Putinin təklifinə rədd cavabı verdi


ABŞ Prezidenti Donald Tramp bildirib ki, 17 iyun tarixində Rusiya Prezidenti Vladimir Putinlə danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, "Fox News" kanalının yayımladığı çıxışında məlumat verib.  Tramp qeyd edib ki, Putin İran-İsrail münaqişəsinin nizamlanmasında vasitəçilik etməyi təklif edib.

"O, əslində vasitəçi olmaqda yardım təklif etdi. Mən isə dedim: bir yaxşılıq elə, əvvəlcə özündə vasitəçi ol. Gəlin əvvəlcə Rusiyada işləri yoluna qoyaq, sonra bununla məşğul ola bilərsiniz," – deyə ABŞ prezidenti bildirib.

Eyni zamanda, Tramp Rusiya-Ukrayna münaqişəsinin də nəhayət həll olunacağına ümid etdiyini bildirib:

"Düşünürəm, bu məsələ də yoluna qoyulacaq. Çoxlu insan həlak olub" – deyə o qeyd edib 

Qeyd edək ki, iki prezidentin rəsmi şəkildə sonuncu telefon danışığı 14 iyun tarixində – Trampın ad günü günü baş tutub. Həmin gün onlar Yaxın Şərqdə gərginliyin artmasını ilk dəfə müzakirə etmişdilər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Trampın Putin və Zelenski ilə söhbəti - regional və qlobal sülhə artan ümidlər - ŞƏRH
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər