Ağ Ev: Tramp iki həftə ərzində İrana zərbə endirib-endirməməyə qərar verəcək
Far.Az xəbər saytı

Ağ Ev: Tramp iki həftə ərzində İrana zərbə endirib-endirməməyə qərar verəcək


ABŞ Prezidenti Donald Tramp, İranın nüvə proqramı ilə bağlı diplomatik həll imkanlarını nəzərdən keçirir və yaxın iki həftə ərzində İrana hərbi zərbələrin endirilməsi barədə qərar verəcəyini bildirib.

Far.Az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə Amerikanın dövlət başçısının gözləmə mövqeyi tutduğunu bildirib.

"İranla yaxın gələcəkdə baş tuta biləcək və ya baş tutmaya biləcək danışıqlar ehtimalı olduğuna görə, mən iki həftə ərzində qərar verəcəyəm – hərəkət edək, ya yox", – deyə Trampın bəyanatını səsləndirib. Livitt əlavə edib: "O, iki həftə ərzində bu barədə qərar verəcək".

Bundan əvvəl Tramp İrana qarşı hərbi əməliyyatların mümkünlüyünü istisna etməmişdi. Axios portalının 17 iyun tarixli məlumatına əsasən, prezident ABŞ-ın İsrailin hərbi əməliyyatlarına qoşulması və İranın nüvə obyektlərinə zərbələr endirilməsi variantını nəzərdən keçirir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbəsi endirib. Növbəti günlərdə tərəflər qarşılıqlı hücumları davam etdiriblər. Hər iki ölkə ölənlər və yaralananlar, eləcə də bir sıra obyektlərin vurulması barədə məlumat verib. Qarşılıqlı hücumlar hələ də davam edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH  
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Fransanın Əlcəzairə davam edən zülmü – etiraf olunmayan nüvə sınağı - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər