Təmtəraqlı toyları üçün ada kirayələdilər
Far.Az xəbər saytı

Təmtəraqlı toyları üçün ada kirayələdilər


Milyarder Ceff Bezosla teleaparıcı Loren Sançesin qarşıdan gələn toyunun yeni dettalar bəlli olub. 

Far.Az xəbər verir ki, "TMZ"nin yaydığı məlumata əsasən 61 yaşlı Ceff Bezosla 55 yaşlı Loren Sançes bu həftəsonu üçün Venesiyada otel kirayələyiblər. 

Onlar qalmaq üçün "Aman Venice" otelinin seçiblər. Bu otel 16-cı əsrdə inşa edilib və burada qiymətlər 10 000 dollardan başlayır. Onların toy tarixi hələ ki, açıqlanmayıb. 

Sözügedən oteli Cefflə sevgilisi 25-29 iyun tarixlərində rezerv edib. 

Venesiyadakı fəallar onun burada toy etməsinə etiraz ediblər. Cütlük demək olar ki, bütün adanı kirayələyib. Buna səbəb toya görə bəzi ərazilərin bağlanması olacaq. Lüks otel üçün xeyli su taksiləri kirayələnib. 

"BBC"nin yaydığı məlumata görə, cütlüyün toy tarixi 23-28 iyun tarixlərində olacaq. 

Toya bir sıra məşhurlar dəvət olunacaq. Onlar arasında aktyorlar Leonardo DiKaprio, Eva Longoria, Orlando Blum, müğənni Keti Perri, ABŞ prezidenti Donald Tramp, qızı İvanka Tramp və onun həyat yoldaşı da var. 

Ceff Bezos Loren Sançesə 2,5 milyon dollarlıq üzüklə evlilik təklifi edib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər