İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Bakıda bıçaqlanan qadın iki gün sonra ölüb - Əri saxlanılıb
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib
Torpaqların qanunsuz zəbt edilərək tikinti işlərinin aparılmasına şərait yaratmaqda təqsirləndirilən şəxs həbs edilib
İdarə rəisi Ramanada torpaqların zəbt edilməsi və tikinti aparılmasına görə həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













