İran məhsulları bazardan çıxacaq? - Qiymətlər bahalaşa bilər
"2024-cü ildə Azərbaycan İrandan 180 milyon dollarlıq mal idxal edib və bu mallar əhalinin gündəlik istehlak məhsullarında xüsusi yer tutur. İdxalın strukturuna baxanda görürük ki, 180 milyon dolların təqribən 21-22 faizi heyvandarlıq, 13 faizi meyvə tərəvəz və 5 faizi isə ərzaq məhsullarıdır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadi ekspert Xalid Kərimli bilirib.
Onun sözlərinə görə, İrandan idxalın 40 faizdən çoxu birbaşa ərzaq və ərzaqla əlaqədar məhsullar təşkil edir:
"Yerdə qalan hissə əhalinin xərcləmələrində mühüm rol yer alan məhsullara aiddir. Bundan başqa, sənayenin idxal etdiyi məhsullar da var ki, bu, dolayısı ilə sonradan uzunmüddətli əşyalar, məişət avadanlıqları bazarlarında, eyni zamanda yerli istehsalda istifadə olunan resursların mühüm hissələrini təşkil edir. İrandan gələn məhsulların bir xüsusiyyəti də var idi ki, İran qonşu ölkə olduğuna görə logistika xərcləri də az idi. Bu ölkədən gələn məhsullar digərləri ilə müqayisədə həm də ucuzluğu və əlverişli olması ilə seçilirdi. Çünki İran məhsulları adətən yüksək keyfiyyəti ilə yox, daha çox əlçatanlığı ilə digər rəqib məhsulları üstələyirdi.
Təbii ki, müharibə İranla ticarət əlaqələrinə mənfi təsir göstərəcək və bu məhsulların ya gəlişi bahalaşacaq, ya gəlməyəcək və nəticə etibarilə İran məhsullarının rəqabət apardığı bazarda qiymət artımı qaçılmaz olacaq. Çünki ucuz məhsulların piştaxtalardan çıxması, həm də digər məhsullara tələbatın artması qiymət artımını qaçılmaz edəcək".
Ekspert həmçinin vurğulayıb ki, İran üzərindən həmçinin logistik tranzit məqsədləri ilə istifadə olunurdu: "Bəndər Abbas limanı vasitəsilə biz Şərqdən gələn, xüsusən də Çindən gələn məhsulları daha əlverişli qiymətlə ölkəyə çatdıra bilirdik. Baxmayaraq ki, alternativ yollar var, dəmiryol daşımaçılığı var, Gürcüstan limanları vasitəsilə daşımaçılıq var, amma bunların hər birisi İran üzərindən daşımadan ən azı iki dəfə bahadır.
Bu baxımdan təkcə İrandan aldığımız mallar yox, həm də Şərqdən idxal etdiyimiz malların daşıma xərcində və onların gətirilmə xərcində artım olacaq və bu nəticə etibarilə yenə də qiymət bahalaşmasına gətirib çıxaracaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













