WhatsApp işlədənlərə ŞAD XƏBƏR - Çoxdan gözlənilən funksiya işə düşüb
Far.Az xəbər saytı

WhatsApp işlədənlərə ŞAD XƏBƏR - Çoxdan gözlənilən funksiya işə düşüb


Populyar mesajlaşma platforması WhatsApp-da uzun müddətdir gözlənilən Message Summaries (Mesaj xülasələri) adlı yeni funksiya istifadəyə verilib. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Yeni alət süni intellekt (Sİ) texnologiyası əsasında işləyir və istifadəçilərə çoxsaylı çatlarda oxunmamış mesajlara qayıtdıqda vaxt qənaəti etməyə kömək edir. Sistem oxunmamış mesajların qısa xülasəsini avtomatik şəkildə tərtib edir və istifadəçilərin hər bir mesajı ayrı-ayrılıqda oxumasına ehtiyac qalmır.

Bu texnologiya Meta AI modelinin imkanları ilə Private Processing sistemi birləşdirilərək hazırlanıb və bu da tam məxfilik təmin edir.

Hazırlayıcılar məxfilik məsələlərinə xüsusi önəm veriblər: xülasələr istifadəçinin cihazında lokal olaraq yaradılır, məlumatlar nə Meta, nə də WhatsApp-ın serverlərinə ötürülmür. Eyni zamanda, çat iştirakçıları da bu xülasələrə çıxış əldə etmir.

Yeni funksiyanı aktiv etmək üçün istifadəçilər tətbiqin ayarlarına daxil olaraq "Advanced chat privacy" bölməsindən onu ayrıca aktiv etməlidirlər. Burada istifadəçi istədiyi çatları seçərək Sİ alətinin tətbiq olunmasını təmin edə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər