Elon Mask Trampın büdcə qanun layihəsini sərt tənqid etdi
ABŞ milyarderi Elon Mask prezident Donald Trampın təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib. O, bu layihənin ölkəni "borc əsarətinə" sürükləyəcəyini bildirib.
Far.Az xəbər verir ki, Mask "X" sosial şəbəkəsində paylaşımında yazıb: "Bu qanun borc limitini 5 trilyon dollar artırır. Bu, tarixdə ən böyük artımdır və Amerika üçün borc əsarətinə gedən yol deməkdir".
Onun fikrincə, layihə ABŞ-də milyonlarla insanın işini itirməsinə səbəb olacaq və ölkəyə strateji ziyan vuracaq.
Sənəddə bir çox sahədə dövlət xərclərinin azaldılması və vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda müdafiə xərcləri artırılır, o cümlədən "Qızıl Günbəz" adlı raketdən müdafiə sistemi yaradılır. Sərhəd nəzarətinin gücləndirilməsi də layihədə yer alıb.
Qanun layihəsi 22 mayda Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Senatdan keçdikdən sonra prezidentin imzasına təqdim ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













