Çində robotlar arasında ilk futbol turniri keçirildi – həm maraqlı, həm də…
Far.Az xəbər saytı

Çində robotlar arasında ilk futbol turniri keçirildi – həm maraqlı, həm də…


Çində ilk dəfə tamamilə avtonom işləyən humanoid (insanabənzər) robotlar arasında futbol turniri təşkil olunub. "Robo League" adlı bu yarışda insanlar oyuna müdaxilə etməyib. Robotlar özləri qərar verib, hərəkət edib və topu, eləcə də rəqib oyunçuları kameralar və sensorlar vasitəsilə tanıyıblar.

BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, finalda Tsinxua Universitetinin "THU Robotics" komandası Çin Kənd Təsərrüfatı Universitetinin "Mountain Sea" komandasını 5:3 hesabı ilə məğlub edib.

Turnirin əsas özəlliyi hər şeyin robotlar tərəfindən idarə olunması olub. Matçlar 10 dəqiqəlik iki hissədən ibarət idi və hər komandada 3 oyunçu robot və 1 ehtiyat robot iştirak edirdi.

Təşkilatçılar bildirirlər ki, bu yarış 2025-ci ilin avqustunda Pekində keçiriləcək Humanoid Robot Oyunlarına hazırlıq xarakteri daşıyır. Həmin beynəlxalq yarışlarda robotlar atletika, gimnastika və sinxron rəqs də daxil olmaqla 11 fərqli növdə yarışacaqlar.

Oyunların səviyyəsi hələ ki, beş yaşlı uşaqların futboluna bənzədilir, lakin mühəndislər əmindir ki, texnologiya inkişaf etdikcə robotların bacarıqları da artacaq. Bu cür yarışlar həm də robotların gündəlik həyata uyğunlaşdırılması məqsədini daşıyır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər