Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur
Far.Az xəbər saytı

Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.

D.Peskov həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.

D.Peskov əlavə edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Peskov: "Lazım olarsa, ən qısa müddətdə prezidentlər arasında danışıq baş tutacaq"
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər