Haber Global: Rusiyanın ən böyük problemi reallıqlarla barışa bilməməsidir
Far.Az xəbər saytı

Haber Global: Rusiyanın ən böyük problemi reallıqlarla barışa bilməməsidir


Bu gün Rusiya nə IX yüzilliyin, nə də ki Stalin dönəminin Rusiyasıdır.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın təqdim etdiyi süjetdə qeyd olunub.

Bildirilib ki, Rusiyanın ən böyük problemi reallıqlarla barışa bilməməsidir:

"Rusiya anlamalıdır ki, onun hazırda elə bir gücü yoxdur. Ruslar son zamanlar zəifləyiblər. Bunun ən yaxşı nümunəsini Rusiya-Ukrayna müharibəsində gördük. Rusiya 24 saat ərzində bitirməyi planladığı müharibəni 3 ildir bitirə bilmir. Hər nə qədər keçmişə gedib özünü güclü zənn etsə də, nəticədə hazırda qarşımızda zəifləmiş bir Rusiya var".

Süjetdə bildirilib ki, Rusiya daha çox aqressiya göstərərək zəifliyini gizlədəcəyini sanır:

"Məntiqlə hərəkət edən dövlət zəifləyibsə, daha çox müttəfiqə ehtiyac duyar. Lakin Rusiya "zəifləmişəmsə, ətrafıma hücum çəkim" düşüncəsindədir. Bu hərəkətlə Rusiya Orta Asiya, eləcə də Türkiyə və Azərbaycana göz dağı vermək istəyir. Onlar anlamalıdır ki, Azərbaycanın hansısa təyyarəsini vuraraq, vətəndaşlarına işgəncə verərək qalib ola bilməzlər".

Eyni zamanda, vurğulanıb ki, Rusiya Azərbaycanın gücünü qəbul etməlidir:

"Rusiya zor tətbiq edərək, yaxud özünü güclü göstərməklə Azərbaycana diktə edə bilməz. O günlər geridə qaldı. Artıq Türk dövlətlərinin yeni güc birliyi var. Necə ki, Türkiyə İsrail ilə savaşda əyilmədi və dik durdu, eləcə də Qarabağ müharibəsində kimin qazandığı ortadadır. Bundan sonra Rusiya başda olmaqla bütün dünya da kimin qazanacağına şahid olacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bayıl türməsinin yetirməsi, Stalin dövrünün sirli siyasətçisi Serqo Orconikidze
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər