Trampdan Maskla bağlı sərt açıqlama: "Subsidiyalar olmasaydı, Afrikaya qayıdardı"
Far.Az xəbər saytı

Trampdan Maskla bağlı sərt açıqlama: "Subsidiyalar olmasaydı, Afrikaya qayıdardı"


ABŞ Prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskla bağlı növbəti dəfə sərt fikirlər səsləndirib.

Far.Az xəbər verir ki, Tramp öz sosial media hesabında Maskın ona dəstək verməsindən əvvəl də elektrikli avtomobil məcburiyyətinə qarşı olduğunu xatırladıb:

"Elon Mask mənim bu məsələ ilə bağlı mövqeyimi çox yaxşı bilirdi. Elektrikli maşınlar pis deyil, amma heç kim buna məcbur edilməməlidir. Bu, mənim kampaniyamın əsas hissələrindən biri olub".

Tramp daha sonra Maskla bağlı daha sərt ifadələr işlədib:
"Elon tarixdə hər kəsdən daha çox subsidiyalar alıb. Əgər bu subsidiyalar olmasaydı, çoxdan "dükan"ı bağlayıb Cənubi Afrikadakı evinə qayıtmaq məcburiyyətində qalardı".

Hazırda Trampın paylaşımına Maskın cavabı gözlənilir. Onların münasibətində bir müddətdir gərginlik müşahidə olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər