Şəhidin nişanlısı: Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim
Far.Az xəbər saytı

Şəhidin nişanlısı: Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim


İtkin düşmüş hesab olunan şəhidin nişanlısı ailə qurmadığını, hər zaman onun yolunu gözlədiyini bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iyulun 4-də şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin nişanlısı Sevda Bəhmənqızı deyib.

O, Mehmanla müharibədən sonra ailə qurmağı niyyətlədiklərini, amma bu arzularının çin olmadığını vurğulayıb:

"Biz ali məktəbdə oxuyanda tanış olmuşduq. Bir ildən çox nişanlı qaldıq. Müharibədən sonra ailə qurmağı niyyətləmişdik. Sonuncu dəfə Ağdama gələndə mənə çoxlu hədiyyələr almışdı.

Mehman gedəndən bir neçə gün sonra yuxuda onun qan içində boğulduğunu gördüm. Bundan bir neçə gün keçmiş qardaşım evə gəlib Taxtabaşı kəndinə ermənilərin hücum etdiklərini və qaynımın yaralandığını xəbər verdi.

Mən ona dedim ki, yox, Mehmana nəsə olub. Qardaşım məni yayındırmağa çalışsa da, təkid etdiyimi görüb Mehmanın itkin düşdüyünü söylədi.

Ondan sonra ailə qurmadım, bu günə qədər Mehmanın yolunu gözlədim. İndi yeganə təskinliyimiz onun doğma torpağa tapşırılması, ziyarət edəcəyimiz bir məzarının olmasıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər