

Müğənni Çelik yanğın olan ərazilərə getdi: "Lazım gəlsə, xəstələri daşıya bilərəm"
Müənni Çelik Erişçi meşə yanğınları olan əraziyə gedib.
Far.Az xəbər verir ki, o İzmirin bəzi bölgələrində olub.
İfaçı bildirib ki, bu yanğınları kənardan izləmək onun ürəyini ağrıdıb. Bu səbəbdən hadisə yerinə gələrək kömək etmək istəyib.
"Ekran qarşısında çarəsiz dayanmaq və ya sosial mediada insanlarla görüntü paylaşıb yarışmaqdansa, meydana gəlməyi seçdim. Lazım gələrsə, avtomobilimlə su və xəstələri daşıya bilərəm" -deyə sənətçi qeyd edib.
İfaçı vurğulayıb ki, hazırda yanğınlara məruz qalan Ödəmiş bölgəsindədir:
"Gecə yola düşdük və Ödəmişə çatdıq. Nə edəcəyimi bilmirəm. Kiməsə su veririk, xəstəxanaya aparırıq... Çox sayda məmur var. Əlimizdən nə gəlirsə, dəstək olmağa çalışırıq. Çox acınacaqlı mənzərədir. Evdə oturmaq istəmədim və bura gəldim".

Xatırladaq ki, Türkiyənin İzmir bölgəsində son bir neçə gündür meşə yanğınları davam edir. Bunun isti hava, elektik sistemlərindəki nasazlıq və ya qəsdən edildiyi bildirilir.
Oxşar xəbərlər
Müənni Çelik yanğın olan ərazilərə getdi: "Lazım gəlsə, xəstələri daşıya bilərəm"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?