

Çindən yeni virus təhlükəsi? Yarasalardan insana keçə biləcək 22 virus aşkarlanıb
Dünya hələ də COVID-19 pandemiyasının təsirlərindən xilas olmağa çalışdığı bir vaxtda Çinin Yunnan əyalətində aparılan yeni araşdırma narahatlıq doğurub. Mütəxəssislər bölgədəki yarasaları araşdıraraq insan sağlamlığı üçün təhlükəli ola biləcək 22 fərqli virus aşkar ediblər. Bu viruslardan 20-si elmə tamamilə yeni və indiyə qədər məlum olmayan növlərdir.
Far.Az xəbər verir ki, bu viruslar arasında ən çox diqqət çəkən ikisi, beyin iltihabı (ensefalit) və ağır tənəffüs çatışmazlığına səbəb ola bilən Henipavirus ailəsinə genetik cəhətdən bənzəyir. Mütəxəssislər bildirir ki, bu viruslar beyin toxumalarına və tənəffüs sisteminə hücum edə bilər.
Araşdırma nəticəsində virusların genetik quruluşunun, ölümcül viruslarla 52–71% oxşarlıq göstərdiyi məlum olub. Bu, yeni aşkarlanan virusların insanlara keçmə potensialını gücləndirir.
Virusların yarasa böyrəklərində tapılması, onların sidiklə ətrafa yayıla biləcəyini göstərir. Bu da meyvələr və su vasitəsilə insanlara keçə biləcəyini deməkdir. Xüsusilə meyvə bağlarının yaxınlığında yaşayan yarasalar risk yaradır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu 40-75%, Hendra virusu isə 57% ölüm faizi ilə ciddi təhlükə yaradır. Hazırda bu yeni viruslara qarşı effektiv dərman və ya vaksin yoxdur.
Yarasalarda həm də yeni bakteriya – Flavobacterium yunnanensis və Klossiella yunnanensis adlı parazit aşkarlanıb. Bu isə yarasaların müxtəlif mikroorqanizmlər üçün zəngin mənbə olduğunu göstərir.
Hələ ki insanlara yoluxma qeydə alınmasa da, elm adamları ehtiyatlı olmağı və qlobal izləmə sistemlərinin gücləndirilməsini tövsiyə edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Çində iki yeni ölümcül virus aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?