Mark Zukerberq Ağ Evdən çıxarılıb
Meta şirkətinin qurucusu və rəhbəri Mark Zukerberq Ağ Evin Oval kabinetindən sərt şəkildə çıxarılıb.
Far.Az xəbər verir ki, NBC News-un məlumatına görə, hadisə ABŞ Prezidenti Donald Trampın hərbçilər və mühəndislərlə birlikdə yeni F-47 qırıcı təyyarəsi barədə müzakirə apardığı vaxt baş verib.
Markın bu iclasa dəvət olunmadığı və məxfi məlumatlara çıxışı olmadığı üçün administrasiya əməkdaşları onu kabinetdən çıxararaq gözləmə otağında gözləməsini istəyib.
Hadisə ABŞ-də qalmaqala səbəb olub. Rəsmilər Zukerberqin məxfi məlumatlara çıxış əldə edə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Eyni zamanda, Trampla görüş üçün növbə gözləyən şəxslər Zukerberqin razılaşdırılmadan və növbədənkənar prezidentin kabinetinə daxil olmasına etiraz bildiriblər.
Bu hadisə texnologiya şirkətləri ilə siyasi dairələr arasında gərginliyin davam etdiyini və dövlət sirrlərinə çıxışın harada bitdiyini yenidən gündəmə gətirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













