Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Far.Az xəbər saytı

Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....


Son 6 ayda Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, son illərdə yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.

Belə ki, bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib.

Eyni zamanda Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adlarının isə hər biri bir uşağa qoyulub.

Azərbaycanda ötən il isə uşaqlara Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.

Badam və Binəli adları iki uşağa, Tarif üç, Əsğər adı isə beş uşağa verilib.

Qeyd edək ki, bu il oğlan uşaqlarına ən çox Uğur (802), qız uşaqlarına isə Zəhra (533) adı verilib.

Oxşar xəbərlər

2024-cü ildə Azərbaycanda uşaqlara verilən nadir adlar: Zərqələm, Qarakişi, Xırdaxanım... - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Son beş ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər