Həkim təzyiqin normal göstəricisini AÇIQLAYIB
Arterial təzyiq üçün qəbul edilən standart göstərici 120/80 mm civə sütunu hesab olunur. Far.Az xəbər verir ki, bu barədə professor Svetlana Kanevskaya məlumat verib.
Mütəxəssisin sözlərinə görə, təzyiq qanın damar divarlarına göstərdiyi təzyiqdir və orqanizmin bütün orqanlarına oksigen və qida maddələrinin çatdırılmasını təmin edir. Normadan kənar göstəricilər ciddi sağlamlıq riskləri yarada bilər.
Yüksək təzyiq insult, infarkt və böyrək çatışmazlığı riskini artırır, aşağı təzyiq isə zəiflik, başgicəllənmə və huş itirməyə səbəb olur.
Təzyiqin düzgün ölçülməsi üçün ilk olaraq hər iki qolun yoxlanılması tövsiyə edilir. Qollar arasında 10 mm civə sütunundan az fərq normal sayılır, daha yüksək fərq isə əlavə müayinə tələb edir.
Müasir yanaşmalara görə, təzyiq üçün konkret yaş norması müəyyən edilmir. Risk 115/75 mm civə sütunundan yuxarı göstəricilərdən başlayır.
Hipertoniya diaqnozu isə ölçmə üsulundan asılı olaraq fərqli göstəricilərlə müəyyən edilir:
-klinikada 140/90-dan yuxarı
-evdə 135/85-dən yuxarı
-sutkalıq monitorinqdə 130/80-dən yuxarı
Yaşlı və həssas pasiyentlərdə daha yumşaq hədəf göstəricilər tətbiq oluna bilər ki, bu da mümkün fəsadların qarşısını almağa kömək edir.
Mütəxəssislər bildirirlər ki, təzyiqə nəzarət üçün mütəmadi ölçmə, düzgün qidalanma və sağlam həyat tərzi əsas şərtlərdir. 40 yaşdan yuxarı şəxslərə gündə iki dəfə təzyiq ölçmək məsləhət görülür.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













