Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 588 milyon manat güzəştli kredit alıb
Far.Az xəbər saytı

Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 588 milyon manat güzəştli kredit alıb


İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 587,9 milyon manata yaxın kredit verilib, bunun 38,2 milyon manatı bu ilin I yarısının payına düşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Fond məlumat yayıb. 

Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 28 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 5 700 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər