Litri 20 manatdır - Xərçəngi məhv edir
Far.Az xəbər saytı

Litri 20 manatdır - Xərçəngi məhv edir


ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar.

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkildə olan bir maddə - oleokantal - xərçəng hüceyrələrini cəmi yarım saata məhv edə bilir.

Tədqiqat zamanı alimlər bu maddənin yalnız xəstə hüceyrələri hədəf aldığını və sağlam hüceyrələrə zərər vermədiyini müşahidə ediblər. Oleokantal hüceyrənin içində tullantıların toplanmasına cavabdeh olan lizozomları sıradan çıxararaq hüceyrənin daha tez ölməsinə səbəb olur. Normalda bu proses bir neçə saat çəkir, lakin oleokantal təsiri ilə cəmi 30 dəqiqəyə baş verir.

Mütəxəssislər bu kəşfin gələcəkdə xərçəngə qarşı alternativ müalicə üsullarının inkişafında önəmli rol oynaya biləcəyini deyirlər. Onların fikrincə, hər gün bir qaşıq təmiz zeytun yağı qəbul etmək, həm immun sistemini möhkəmləndirə, həm də xərçəng riskini azalda bilər.

Hazırda araşdırmalar davam etdirilir və alimlər bu maddənin tibbi preparatlara inteqrasiya imkanlarını da öyrənirlər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər