Azərbaycanda I yarımildə KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib
Bu ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, bu xidmətlərin 170 minə yaxını "Bakı KOB evi"nin, 54 minə yaxını "Yevlax KOB evi"nin, 34 minə yaxını isə "Xaçmaz KOB evi" və onun Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.
Göstərilən xidmətlərin 232 mindən çoxu dövlət qurumları ("G2B"), 24 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən göstərilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər.
Cari ilin I yarısında KOB evlərində yeni xidmətlər də sahibkarların istifadəsinə verilib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edir.
Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayaraq, inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir.
Oxşar xəbərlər
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Dövlət orqanlarının 1500-dən çox xidməti "G2B" portalına inteqrasiya edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













